Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İsrail "Qara bayraq" əməliyyatına başladı
dünya

İsrail "Qara bayraq" əməliyyatına başladı

07-07-2025 09:00 68 Просмотров
IMG

İsrail husilərə qarşı "Qara bayraq" əməliyyatına başlayıb.

Tvit.az xəbər verir ki, bu barədə İsrailin müdaifə naziri danışıb.

Bu əməliyyatda hava qüvvələri Yəmənin üç limanına, həmçinin "Galaxy Leader" yük gəmisinə hücum edib. 

 O bildirib ki, Hodeyda, Ras İssa və Əlif limanları husilərin nəzarətindədir. Ras Qatib elektrik stansiyası da hücuma məruz qalıb.

"Yəmənin taleyi Tehranın taleyi ilə eynidir", - Katz H.-də yazıb. Onun sözlərinə görə, "İsrailə qarşı onu qaldıran hər kəsin əli kəsiləcək". Nazir bildirib ki, "husilər bundan sonra da öz əməllərinə görə yüksək məbləğ ödəyəcəklər".