Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azad edilmiş ərazilərdə 81 mina aşkarlandı
sosial

Azad edilmiş ərazilərdə 81 mina aşkarlandı

14-07-2025 11:00 21 Просмотров
IMG

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (07.07.2025 - 13.07.2025) açıqlanıb.

ANAMA-dan "Tvit.az"a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 65 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 240 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1.639,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.