Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial DİN-dən sürücülərə çağırış
sosial

DİN-dən sürücülərə çağırış

14-07-2025 21:00 45 Просмотров
IMG

Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirləri davam etdirir.

 

DİN-in Mətbuat Xidmətindən Tvit.az-a verilən məlumata görə, yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevr edən sürücülər müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır.

 

Sürücülərə qanunvericiliyin tələbləri izah olunur, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılır. Yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxslər barəsində ciddi intizam tədbirləri görülür.


"Bir daha hər bir yol hərəkəti iştirakçısını diqqətli olmağa və qaydalara riayət etməyə çağırırıq", - deyə məlumatda vurğulanıb.