“Suriya bu gün hava hücumları və koordinasiyalı hücumlar vasitəsilə həyata keçirilmiş xain İsrail təcavüzünü qəti şəkildə pisləyir”
Tvit.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, İsrailin hücumları açıq şəkildə milli sabitliyi sarsıtmaq və Suriyanın birliyinə zərbə vurmaq məqsədi daşıyıb.