Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Pakistanda güclü daşqın: Ölənlər və yaralananlar var
dünya

Pakistanda güclü daşqın: Ölənlər və yaralananlar var

17-07-2025 12:00 33 Просмотров
IMG

Pakistana təsir edən musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində son 24 saatda 28 nəfərin öldüyü, 90 nəfərin yaralandığı bildirilib.


Tvit.az “Dawn” qəzetinə istinadən xəbər verir ki, bu barədə Pəncab Fəlakət İdarəetmə İdarəsinin sözçüsü Faruk Əhməd deyib.


Pəncabda son 24 saatda 28 nəfərin həyatını itirdiyini, 90 nəfərin isə yaralandığını bildirən Əhməd, dam və divarın çökməsi nəticəsində çoxlu sayda insanın həyatını itirdiyini qeyd edib.


Elmin Alışov