Rusiya prezidenti Vladimir Putin Rusiyanın Yunanıstandakı səfiri Andrey Maslovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Sərbəst və vicdanlı diplomatik xidmətinə və Rusiya Federasiyasının xarici siyasət kursunun həyata keçirilməsinə verdiyi töhfəyə görə, Rusiya Federasiyasının Yunanıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maslov Andrey Mixayloviç 'Şərəf ordeni' ilə təltif edilsin”, – deyə fərmanda qeyd olunur.
Maslov 2014-cü ildə Rusiyanın Yunanıstana səfiri təyin edilib.
Aysel Şirinova