ABŞ Dövlət Departamenti və ölkənin Dəməşqdəki səfirliyi öz vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb.
Tvit.az bu barədə ABŞ mətbuatına istinadən xəbər verir.
Departamentin açıqlamasına görə, iyulun 20-dən etibarən, Əs-Suveyda bölgəsindən sərhəd keçid məntəqələrinə və Dəməşqə qədər humanitar dəhlizlər açılıb. ABŞ vətəndaşlarına, əgər mümkünsə, Suriyanı təkbaşına tərk etmələri tövsiyə olunur.
Elmin Alışov