Tehran bu gün su ehtiyatlarında ciddi azalma ilə üzləşir.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
“Tehran hazırda su ehtiyatlarında ciddi azalma ilə üz-üzədir və ehtiyatlarımız qorxulu vəziyyətdədir. İctimaiyyətlə koordinasiya olmadan bu böhrandan çıxmaq mümkün deyil”,- deyə İran lideri bildirib.
Elmin Alışov