Tramp Yaponiya ilə ticarət razılaşmasını tamamladıqlarını və bu ölkənin ABŞ-a 15 faiz gömrük vergisi ödəyəcəyini açıqlayıb.
Tvit.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” hesabında deyib.
Yaponiyanın öz göstərişi ilə ABŞ-a 550 milyard dollar sərmayə qoyacağını və qazancın 90 faizini özlərinin alacağını ifadə edən Tramp, "Bu müqavilə yüz minlərlə iş yeri yaradacaq. Daha əvvəl belə bir şey olmamışdı",- dedi.
Elmin Alışov