Ukrayna prezidenti Vladimir Zelenski bu gün Kiyevdə səfərdə olan İsrailin xarici işlər naziri Gideon Saar ilə Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə etdiyini bildirib.
Tvit.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
Zelenski Saarın səfərinə və İsrailin Ukrayna və ukraynalılara dəstəyinə görə minnətdarlığını bildirib.
Məlumata görə, tərəflər ilk növbədə iqtisadi və müdafiə sektorlarında əməkdaşlığı, Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini və birgə silah istehsalı imkanlarını müzakirə edib.
Aysel Şirinova