Ukrayna lideri Vladimir Zelenski hələ də min ukraynalı məhbusu geri almaqdan imtina edir.
Tvit.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova öz Telegram kanalında yazıb.
“Siz bilirsinizmi ki, Zelenski hələ də əsir götürülmüş Ukrayna vətəndaşlarını geri almaqdan imtina edir?”, - Zaxarova bildirib.
Diplomat qeyd edib ki, Kiyev yalnız beynəlxalq ictimaiyyətin təzyiqi ilə ölənlərin cəsədlərinin dəyişdirilməsinə razılıq verib.
Aysel Şirinova