Avropa ölkələrinin Çindəki səfirləri gələn ay keçiriləcək hərbi paradda Rusiya prezidenti Vladimir Putinin iştirakına görə boykot ehtimalını müzakirə edirlər.
Tvit.az xəbər verir ki, bu barədə South China Morning Post qəzeti məlumat yayıb.
Məlumata görə, Avropa nümayəndəlikləri Pekində keçiriləcək parad üçün dəvət olunub, lakin onlar Vladimir Putinin orada iştirakından və “Rusiya qoşunlarının mümkün iştirakı”ndan narahatdırlar.
Qəzet qeyd edir ki, hələlik onların tədbirdə iştirakdan imtina edib-etməyəcəyi məlum deyil, həmçinin Rusiya hərbçilərinin parada qatılacağı barədə də rəsmi təsdiq yoxdur.
Aysel Şirinova