Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 28–30-da Türkiyəyə səfər edəcək.
Tvit.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyarov məlumat verib.
Bildirilib ki, Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya rəsmi səfər edəcək.
Səfər çərçivəsində dövlət başçıları arasında danışıqlar keçiriləcək. Görüşdə Qazaxıstan və Türkiyə arasında genişləndirilmiş strateji tərəfdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.
Bundan əlavə, Qazaxıstan Prezidenti Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşündə iştirak edəcək.