Avropa bir sıra ölkələrində YouTube video-hostinq xidmətində genişmiqyaslı nasazlıq qeydə alınıb.
Tvit.az xəbər verir ki, bu barədə məlumat Downdetector saytının məlumatlarında göstərilib.
Ən çox şikayət Almaniyada müşahidə olunub. Orada təxminən 19,5 min nəfər video-hostinqdə fasilələr olduğunu bildiriblər. İstifadəçilərin 87%-i videoları izləməkdə problemlər, 8%-i serverə qoşulmaqda çətinliklər, 3%-i isə tətbiqin işləməməsi barədə məlumat verib.
Problem həmçinin Böyük Britaniya, İtaliya və Fransada da müşahidə olunub.
Aysel Şirinova