Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Braziliya ABŞ-nin hədələrinə baxmayaraq Rusiya ilə əməkdaşlıq etmək istədiyini bəyan edib
dünya

Braziliya ABŞ-nin hədələrinə baxmayaraq Rusiya ilə əməkdaşlıq etmək istədiyini bəyan edib

25-08-2025 22:00 23 Baxış
IMG

Braziliya ABŞ-nin Moskva ilə tərəfdaşlığı davam etdirən ölkələrə qarşı sanksiya tətbiq etmək hədələrinə baxmayaraq, Rusiya ilə sərfəli əməkdaşlıqdan imtina etməyəcək. 

Tvit.az xəbər verir ki, bu barədə Braziliya Konqresinin deputatı Reymont Otoni bildirib.

“Biz Rusiya ilə ilk növbədə ticarət əlaqələrini, o cümlədən texnologiya mübadiləsi sahəsində münasibətləri dəstəkləyirik. Bu tərəfdaşlıq son dərəcə faydalıdır. Əməkdaşlıq davam edəcək”, – deyə siyasətçi vurğulayıb.

Otoninin sözlərinə görə, ABŞ-nin Cənubi Amerika respublikasının məhsullarına rüsum tətbiq etməsindən sonra Braziliya ixracın istiqamətini dəyişmək üçün yeni imkanlar axtarmaqda davam edəcək.

Aysel Şirinova