Samuxda 32 yaşlı kişi bıçaqlanıb.
Tvit.az-ın xəbərinə görə, 1994-cü il təvəllüdlü Yusif Eyvazov rayonun Qarayeri qəsəbəsində mübahisə zəminində bıçaqlanıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən isə 1985-ci il təvəllüdlü Ülfət Hüseynovdur. O, polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Mübahisənin səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.