Rusiya Federasiyasının tərkibindəki Dağıstan Respublikasının Xəzər dənizi regionunda 6 bal gücündə zəlzələ baş verib.
Tvit.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Açıqlamada episentri Dağıstan Respublikasının Dərbənd şəhərindən 41 kilometr şimal-qərbdə olan zəlzələnin 12 kilometr dərinlikdə qeydə alındığı bildirilir.
Elmin Alışov