Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Hindistan Rusiya neftini almağa davam edəcək - Maliyyə naziri
dünya

Hindistan Rusiya neftini almağa davam edəcək - Maliyyə naziri

05-09-2025 21:00 31 Baxış
IMG

Hindistan ABŞ hakimiyyətinin israrlı çağırışlarına baxmayaraq, Rusiya neftini almağa davam edəcək.

Tvit.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Nirmala Sitaraman bildirib.

“Biz, şübhəsiz ki, Rusiya neftini alacağıq”, – deyə o,  müsahibəsində qeyd edib.

Sitaraman vurğulayıb ki, qərarlar milli maraqlardan çıxış edilərək qəbul olunacaq.

Aysel Şirinova