Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanın onlarla xəbər saytı çökdü - SƏBƏB
sosial

Azərbaycanın onlarla xəbər saytı çökdü - SƏBƏB

18-11-2025 16:00 100 Baxış
IMG

Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir çox xəbər saytının işində ciddi fasilələr yaranıb.

Problem beynəlxalq internet təhlükəsizlik və şəbəkə infrastruktur şirkəti olan "Cloudflare"də baş verən kütləvi nasazlıqla əlaqələndirilir.

"Cloudflare"in infrastrukturunda yaranan texniki problem nəticəsində bir sıra platformalar əlçatmaz olub və oxucular saytların yüklənməsində çətinliklərlə üzləşiblər.

Şirkət hazırda problemin səbəblərini araşdırır və xidmətlərin tam bərpa olunması istiqamətində işlər aparılır.