Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı
hadisə

Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı

27-10-2026 08:00 14 Baxış
IMG

Göygöldə adam bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı şəxs saxlanılıb.

 

Tvit.az-ın məlumatına görə, Göygöl rayon ərazisindən fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin birinin yaxınlığında 1990-cı il təvəllüdlü Elvin Mehdiyev bıçaqlanıb.

 

Zərərçəkən Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyəti kafi qiymətləndirilir.

 

Hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı B.Xıdırov isə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində saxlanılıb.

 

Mübahisənin səbəbi hələ məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.