Avropa İttifaqı ölkələri ABŞ-nin Ukrayna münaqişəsinin həlli üçün irəli sürdüyü plana qarşı çıxıblar.
Tvit.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, plan Ukraynanın müəyyən ərazilərdə güzəştlər etməsini və qismən silahsızlanmasını nəzərdə tutur. Brüsseldə toplaşan Aİ xarici işlər nazirləri hələ açıqlanmamış ABŞ planını ətraflı şərh etməyiblər, lakin Kiyevin üzərinə düşən güzəştləri qəbul etməyəcəklərini bildirmişlər.
Reuters-in qeyd etdiyi kimi, ABŞ diplomatiyasının fəallaşması Ukrayna üçün əlverişsiz bir vaxta təsadüf edib ölkədə korrupsiya skandalı ilə bağlı vəziyyət gərgindir.
Aysel