Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Vaşinqtonda insanlara evlərini tərk etmələri əmri verildi - Səbəb
dünya

Vaşinqtonda insanlara evlərini tərk etmələri əmri verildi - Səbəb

11-12-2025 15:00 16 Baxış
IMG

ABŞ-nin şimal-qərbində yerləşən Vaşinqton ştatının bəzi sakinləri güclü yağışlar səbəbindən yaranan şiddətli daşqınlarla bağlı təxliyə əmri alıblar. 

Tvit.az xarici mediaya istinadla xəbər verir ki, bu, ştat qubernatoru Bob Ferguson tərəfindən elan edilib.

"Skagit County-də daşqın zonasında yaşayan bütün sakinlər üçün təxliyə əmri verilib, bu isə yüz ildə bir baş verir," - o, yazıb.

Qubernator dəqiq olaraq neçə sakinin təcili evlərini tərk etməli olduğunu deməyib. Medianın bildirdiyinə görə, Skagit qraflığında 130 mindən çox insan yaşayır.

Aysel Şirinova