Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Gürcüstan baş naziri və Türkmənistan prezidenti arasında görüş baş tutdu
dünya

Gürcüstan baş naziri və Türkmənistan prezidenti arasında görüş baş tutdu

11-12-2025 17:00 35 Baxış
IMG

Gürcüstanın baş naziri İrakli Kobaxidze Türkmənistan prezidenti Serdar Berdimuhəmmədovla görüşüb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata əsasən, tərəflər iki ölkə arasındakı siyasi və iqtisadi münasibətləri müzakirə ediblər. Xüsusi diqqət tranzit-logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsinə və Orta Koridor vasitəsilə Mərkəzi Asiyadan Gürcüstanın dəniz limanlarına əlavə yüklərin cəlb olunma potensialına yönəldilib.

İrakli Kobaxidze Gürcüstanın Türkmən qazının Gürcüstan ərazisindən daşınmasına dəstək verməyə hazır olduğunu bildirib. O, Berdimuhəmmədovu Gürcüstana rəsmi səfərə dəvət edib.

Aysel Şirinova