Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Meksikada dəhşətli təyyarə qəzasından sağ çıxan olmadı
dünya

Meksikada dəhşətli təyyarə qəzasından sağ çıxan olmadı

16-12-2025 16:00 37 Baxış
IMG

Meksikonun Meksiko ştatında, Toluka aeroportu yaxınlığında qəzaya uğrayan xüsusi biznes-jetdə olan 10-ın hamsı həlak olub. 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Təyyarədə səkkiz sərnişin və iki ekipaj üzvü olub.

Hadisə nəticəsində dörd qadın və altı kişi, o cümlədən üç azyaşlı həyatını itirib.

Biznes-jet San-Pedro-Totoltepek yaşayış məntəqəsi ərazisində düşərək yaşayış olmayan binaya çırpılıb, bu isə yerüstü insan tələfatının qarşısını alıb.

Qəzadan sonra yanğın baş verib.

Yanacaq və qaz sızması səbəbindən yerli hakimiyyət orqanları yaxınlıqdakı evlərin sakinlərini təxliyə edib. Qəzaya səbəb olan amillər və hadisənin təfərrüatları araşdırılır.

Aysel Şirinova