Almaniya kansleri Friedrich Merz Aİ-ni dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı qərar verməyə çağırıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Ukraynaya Avropadan maliyyə dəstəyini davam etdirmək kifayət deyil," - o, deyib.
Onun sözlərinə görə, Rusiya aktivlərinin müsadirə olunması və onların Ukraynaya verilməsi Ukrayna ordusunun ən azı iki il maliyyələşdirilməsinə imkan verəcək.
Əvəzində, Macarıstanın Baş naziri Viktor Orban Brüsselə gələndə bildirdi ki , Rusiya maliyyə aktivlərinin müsadirəsi məsələsi 18-19 dekabrda Belçikanın paytaxtında keçiriləcək AB sammitinin gündəliyində olmayacaq.
"Macarıstan Aİ sammitindən əvvəl danışıqlarda qalib gəldi. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bloklanmış Rusiya aktivləri məsələsinin gündəmdə olmayacağını elan etdi," - Orban bildirib.
Aysel