İran ABŞ-ın danışıqlar üçün alçaldıcı şərtlərini qəbul etməyəcək.
Tvit.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
“Biz Amerika ilə danışıqlar apardıq və razılığa gəlməyə hazır idik, amma onlar müharibə ilə razılaşmanı pozdular. İndi isə danışıqların davamı üçün alçaldıcı şərtlər təklif edirlər. Biz rüsvayçılığa boyun əyməyəcəyik”,- deyə İran lideri bildirib.
Elmin Alışov