Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Belarus və Rusiya birgə hərbi sənədi yenilədilər
dünya

Belarus və Rusiya birgə hərbi sənədi yenilədilər

23-12-2025 18:00 14 Baxış
IMG

Belarus və Rusiya hərbi-texniki əməkdaşlığın inkişafına dair müqaviləyə dəyişikliklər edərək sənədi yeniləyiblər. 

Tvit.az xəbər verir ki, bu barədə Belarusun Dövlət Hərbi-Sənaye Komitəsi məlumat yayıb.

Qurumun Telegram kanalında yayılan məlumatda deyilir:
“Belarus və Rusiya hərbi-texniki əməkdaşlıq sahəsində əsas sənədi aktuallaşdırıblar. Belarusun silah sənayesi üzrə qurumunun rəhbəri Dmitri Pantus və Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (FSVTS) direktoru Dmitri Şuqayev 10 dekabr 2009-cu il tarixli ‘Belarus Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlığın inkişafı haqqında Müqavilə’yə dəyişikliklərin edilməsi barədə protokol imzalayıblar.”