Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Əlcəzair Fransanın müstəmləkəçilik siyasətini dövlət cinayəti kimi tanıyıb
dünya

Əlcəzair Fransanın müstəmləkəçilik siyasətini dövlət cinayəti kimi tanıyıb

25-12-2025 13:00 38 Baxış
IMG
Əlcəzair parlamenti yekdilliklə Fransanın kolonial dövrdəki hərəkətlərini dövlət cinayəti kimi tanıyan qanun layihəsini dəstəkləyib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV bu barədə xarici KİV məlumat yayıb.

Qəbul edilmiş sənədə görə, 1830-1962-ci illərdə Fransanın Əlcəzairi kolonizasiyası humanitar, siyasi və iqtisadi prinsiplərə qarşı cinayət kimi qiymətləndirilir.

Qanun mülki şəxslərin qətli, nüvə sınaqları, məhkəməsiz edamlar, işgəncə və dövlət xəzinəsinin talan edilməsi kimi 27 konkret kolonial cinayət formasını əhatə edir. Qanun Əlcəzair hakimiyyətindən maddi və mənəvi zərərin tam təzminatını almaq üçün bütün məhkəmə mexanizmlərindən istifadə etməyi tələb edir.

Fransa həmçinin nüvə partlayışları ilə çirklənmiş əraziləri təmizləməyə, mina sahələrinin xəritələrini təqdim etməyə və bütün çıxarılan arxivləri və mədəni əşyaları geri qaytarmağa borcludur.

Qanuna görə, fransız kolonizasiyası cinayətlərinin müddəti məhdudlaşmır.

 

Aysel Şirinova