Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İranda sənaye obyektində yanğın olub: Yaralanan var
dünya

İranda sənaye obyektində yanğın olub: Yaralanan var

25-12-2025 17:00 35 Baxış
IMG

İranda plastik istehsalı emalatxanasında güclü yanğın baş verib. 


Tvit.az xəbər verir ki, hadisə Tehran–Savə magistralında yerləşən iri emalatxanalardan birində qeydə alınıb.


Məlumata görə, emalatxananın bir hissəsində başlayan yanğın plastik materialların çoxluğu səbəbindən sürətlə genişlənərək güclü alova çevrilib və obyektə ciddi ziyan vurub. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu nəzarət altına alaraq yanğını lokallaşdırıblar.


Yanğın zamanı insan itkisi qeydə alınmayıb. Ancaq söndürmə işləri zamanı bir yanğınsöndürən xəsarət alıb. 


Elmin Alışov