Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Avropa istəkli deyil - Rusiya XİN müavini
dünya

Avropa istəkli deyil - Rusiya XİN müavini

26-12-2025 20:00 10 Baxış
IMG

Rusiya tərəfi əlaqələrə açıqdır, lakin Avropa hələ uyğun istək və maraq göstərmir. 

 

Tvit.az  xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

 

“Onlardan, yəni Avropa ölkələrinin nümayəndələrindən  kimsə alternativlərin mümkün olduğunu anlayıb başqa bir şeyi sınamağın dəyərli olduğuna qərar verərsə, biz tərəfdən heç bir gecikmə olmaz, iş ləngiməz. Biz bütün səviyyələrdə cavab verməyə hazırıq. Əlbəttə, ali səviyyədə nəyin, necə və nə vaxt mümkün olacağı barədə danışa bilmərəm, bu, son dərəcə məsuliyyətsiz olardı. Lakin prinsipial olaraq, məsələnin qoyuluşu baxımından bizim tərəfdən təmaslara açıqlıq var. Qarşı tərəfdə isə istək və maraq yoxdur”, - deyə o, Rusiyanın Avropa tərəfi ilə hər hansı əlaqələrinin olub-olmaması barədə suala cavab verərkən qeyd edib.

 

Aysel Şirinova