Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya əleyhinə sanksiyalar Avropa İttifaqına 3 trilyon avrodan çox zərər vurub
dünya

Rusiya əleyhinə sanksiyalar Avropa İttifaqına 3 trilyon avrodan çox zərər vurub

29-12-2025 11:00 24 Baxış
IMG

2014-cü ildən etibarən Rusiyaya qarşı tətbiq edilən Avropa sanksiya siyasəti Avropa İttifaqına 3 trilyon avrodan artıq ziyan vurub.

 

Tvit.az xəbər verir ki, bu barədə “Vahid Rusiya” partiyasının Ali Şurası Bürosunun və Xarici və Müdafiə Siyasəti Şurasının üzvü Andrey Klimov müsahibəsində bildirib.

 

“AfD nümayəndələri ilə danışırdım və onlara dedim: "Vətəninizə qayıdanda soruşun, Avropa bürokratiyası 2014-cü ildən bəri Rusiyaya qarşı sanksiya siyasəti ucbatından hansı əsasla Avropa İttifaqına ümumilikdə 3 trilyon avrodan artıq ziyan vurulmasına yol verib?’” - deyə Klimov bildirib.

 

Onun sözlərinə görə, alman tərəfi iqtisadi zərərin miqyasından heyrətə gəlib.

"Onlar təkrar-təkrar yoxlamağa başladılar, sanki belə olmamalıdır, amma mən onlara hesablamalar üçün əsas rəqəmləri verdim və bəzilərində ümumi məbləğ daha da böyük çıxdı”, – siyasətçi əlavə edib.

 

Aysel Şirinova