ABŞ Prezidenti Donald Tramp Ukraynaya 15 illik təhlükəsizlik zəmanətləri təklif edir, uzatma imkanı ilə, Ukrayna isə 30–50 illik zəmanət tələb edir.
Tvit.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərə deyib.
“Doğrudan da, hazırda bu təklif olunan həmişəlik deyil. Sənəd 15 illikdir. Mən bu məsələni prezidentlə qaldırdım. Ona dedim ki, münaqişə artıq demək olar ki, 15 ildir davam edir. Buna görə də çox istərdik ki, zəmanətlər daha uzun müddətli olsun. Mən ona dedim ki, biz 30, 40 və ya 50 illik zəmanət imkanını nəzərdən keçirmək istərdik. Prezident dedi ki, bu barədə düşünəcək”, – deyə o bildirib.
Aysel Şirinova

