Avstriya NATO-ya qoşulmaq fikrində deyil.
Bu barədə "Euractiv" portalına müsahibəsində yeni kansler Kristian Stoker bildirib.
"NATO-ya qoşulmaq Avstriya tərəfindən nəzərdən keçirilməz", - o deyib.
1955-ci ildə Avstriya ölkənin müharibədən sonrakı işğalına son qoymaq üçün konstitusiyasında bitərəflik maddəsini qəbul etməyə razılıq verdi. Euractiv-in məlumatına görə, ötən il hərbi xərcləri ÜDM-in təxminən 1%-ni təşkil edən Avstriya avropada müdafiə investisiyaları baxımından sonuncu sıradadır.