Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Avropa ölkəsi NATO-ya üzv olmaqdan imtina etdiyi elan edildi
dünya

Avropa ölkəsi NATO-ya üzv olmaqdan imtina etdiyi elan edildi

12-05-2025 16:00 17 Views
IMG

Avstriya NATO-ya qoşulmaq fikrində deyil.

Bu barədə "Euractiv" portalına müsahibəsində yeni kansler Kristian Stoker bildirib.

"NATO-ya qoşulmaq Avstriya tərəfindən nəzərdən keçirilməz", - o deyib.

1955-ci ildə Avstriya ölkənin müharibədən sonrakı işğalına son qoymaq üçün konstitusiyasında bitərəflik maddəsini qəbul etməyə razılıq verdi. Euractiv-in məlumatına görə, ötən il hərbi xərcləri ÜDM-in təxminən 1%-ni təşkil edən Avstriya avropada müdafiə investisiyaları baxımından sonuncu sıradadır.