Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ Cənubi Afrikadakı G20 sammitində olmayacaq
dünya

ABŞ Cənubi Afrikadakı G20 sammitində olmayacaq

20-05-2025 23:00 12 Baxış
IMG

ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitində nə xarici işlər nazirləri, nə də dövlət və hökumət başçıları səviyyəsində iştirak etməyəcək.

Tvit.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.

 O, vurğulayıb ki, bu qərar həm Vaşinqton və Pretoriya arasındakı ziddiyyətləri, həm də Amerika tərəfinin Cənubi Afrikanın G20 gündəliyinin formalaşmasına yanaşması ilə razılaşmadığını əks etdirir.

Xüsusilə, ABŞ Dövlət Departamentinin rəhbəri izah edib ki, Cənubi Afrikanın təklif etdiyi gündəm ABŞ-ın hazırkı administrasiyasının prioritetlərini əks etdirmir.

Aysel Şirinova