ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitində nə xarici işlər nazirləri, nə də dövlət və hökumət başçıları səviyyəsində iştirak etməyəcək.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
O, vurğulayıb ki, bu qərar həm Vaşinqton və Pretoriya arasındakı ziddiyyətləri, həm də Amerika tərəfinin Cənubi Afrikanın G20 gündəliyinin formalaşmasına yanaşması ilə razılaşmadığını əks etdirir.
Xüsusilə, ABŞ Dövlət Departamentinin rəhbəri izah edib ki, Cənubi Afrikanın təklif etdiyi gündəm ABŞ-ın hazırkı administrasiyasının prioritetlərini əks etdirmir.
Aysel Şirinova