Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ukraynaya mərmi istehsal edən zavodda partlayış
dünya

Ukraynaya mərmi istehsal edən zavodda partlayış

30-05-2025 14:00 28 Baxış
IMG

Serbiyanın Valyevo şəhərində Ukrayna Silahlı Qüvvələri (USQ) üçün mərmilər istehsal edən "Kruşik" müdafiə zavodunda partlayış baş verib.

Tvit.az xəbər verir ki, bu barədə "N1" telekanalı məlumat yayıb.

Məlumata əsasən pentrid maddəsinin preslənməsi zamanı Valyevo şəhərində yerləşən "Kruşik" hərbi zavodunda partlayış baş verib.

Hadisə nəticəsində bir əməkdaş kəsik xəsarətləri alıb, dörd əməkdaşda isə qulaqda səslər (şaqqıltılar) kimi simptomlar müşahidə olunub.

Aysel Şirinova