Serbiyanın Valyevo şəhərində Ukrayna Silahlı Qüvvələri (USQ) üçün mərmilər istehsal edən "Kruşik" müdafiə zavodunda partlayış baş verib.
Tvit.az xəbər verir ki, bu barədə "N1" telekanalı məlumat yayıb.
Məlumata əsasən pentrid maddəsinin preslənməsi zamanı Valyevo şəhərində yerləşən "Kruşik" hərbi zavodunda partlayış baş verib.
Hadisə nəticəsində bir əməkdaş kəsik xəsarətləri alıb, dörd əməkdaşda isə qulaqda səslər (şaqqıltılar) kimi simptomlar müşahidə olunub.
Aysel Şirinova