Amerika Birləşmiş Ştatları və İran yaxın vaxtlarda Tehranın nüvə proqramı ətrafında yaranmış ziddiyyətlərin həlli ilə bağlı razılıq əldə edə bilərlər.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.
“Onlar (İran tərəfi) razılaşma əldə etməyə üstünlük verərdilər. Və düşünürəm ki, bu, uzaq olmayan gələcəkdə baş verə bilər”, – deyə Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, Tramp bu açıqlamanı İran və ABŞ arasında razılaşma əldə olunması perspektivlərinə dair şərh verərkən söyləyib.