Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Tramp: ABŞ yaxın vaxtlarda İranla razılaşma əldə edə bilər
dünya

Tramp: ABŞ yaxın vaxtlarda İranla razılaşma əldə edə bilər

30-05-2025 22:00 35 Views
IMG

Amerika Birləşmiş Ştatları və İran yaxın vaxtlarda Tehranın nüvə proqramı ətrafında yaranmış ziddiyyətlərin həlli ilə bağlı razılıq əldə edə bilərlər.

Tvit.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.

“Onlar (İran tərəfi) razılaşma əldə etməyə üstünlük verərdilər. Və düşünürəm ki, bu, uzaq olmayan gələcəkdə baş verə bilər”, – deyə Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, Tramp bu açıqlamanı İran və ABŞ arasında razılaşma əldə olunması perspektivlərinə dair şərh verərkən söyləyib.