Ukrayna Müdafiə Nazirliyi Türkiyədən Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə başlamağı və ölkənin hərbi sənaye kompleksinə sərmayə qoymağa xahiş edib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov Facebook sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Müdafiə nazirinin birinci müavini Sergey Boev Ukraynanın dəstəyə ehtiyacı olan əsas sahələri qeyd edib. Müdafiə sənayesinə investisiyalar, hava hücumundan müdafiə avadanlıqları və sistemlərinin təchizatı, hava hücumundan müdafiə sursatları, əsas çaplı mərmilər, uzaq mənzilli imkanlarımızın gücləndirilməsi daxildir", - deyə qeyd edib.
Qyed edək ki, bu istəklər Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşdə səsləndirilib.
Aysel Şirinova