Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Zaxarova Ukraynada fərrarilik sayından danışdı
dünya

Zaxarova Ukraynada fərrarilik sayından danışdı

04-06-2025 16:00 32 Baxış
IMG

Bu ilin əvvəlindən etibarən Ukrayna ordusundan 25 mindən çox nəfər fərarilik edib ki, bu da ötən ilin göstəricisindən xeyli çoxdur.

Tvit.az xəbər verir ki, bu barədə brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Ukrayna Silahlı Qüvvələrindən qaçanların sayı dəfələrlə artıb. Müxtəlif qiymətləndirmələrə görə, yalnız yanvar-may ayları ərzində 25 mindən çox hərbçi fərarilik edib, halbuki bütün 2024-cü il ərzində bu rəqəm 35 min nəfər idi. Ordudan qaçış Ukrayna üçün adi bir hala çevrilir,” – deyə diplomat bildirib.

Aysel Şirinova