Pentaqon Lockheed Martin şirkətindən F-35 qırıcılarının alış həcmini 48-dən 24 ədədə endirmək qərarına gəlib.
Tvit.az xəbər verir ki, bu barədə Bloomberg yazıb.
"Nümayəndələr Palatasına bu həftə göndərilmiş Müdafiə Nazirliyinin satınalma sənədində ötən il proqnozlaşdırılan 48 təyyarə əvəzinə 24 təyyarənin alınması nəzərdə tutulur", — nəşrdə vurğulanıb.
Bildirilib ki, bu azalma, müdafiə naziri Pit Hegsettin strategiyası çərçivəsində 2026-cı maliyyə ili üçün büdcəyə yenidən baxılması ilə bağlıdır. Hegsett qarşıdakı beş ildə ölkənin proqnozlaşdırılan hərbi xərclərini 8% azaltmağı hədəfləyir.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp F-35 qırıcısını modernləşdirməyi planlaşdırdığını deyib.
Aysel Şirinova