Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya Ayda ilk Atom Elektrik Stansiyasını tikəcək
dünya

Rusiya Ayda ilk Atom Elektrik Stansiyasını tikəcək

12-06-2025 12:00 30 Baxış
IMG

Rusiya Ayda ilk Atom Elektrik stansiyasını tikəcək.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya dövlət korporasiyasının rəhbəri Dmitri Bakanov Rusiya Günü münasibətilə yayımladığı təbrikdə bildirib.

"Ayda ilk nüvə elektrik stansiyasının qurulması, həmçinin Veneranın araşdırılması Rusiya Kosmos Agentliyinin (Roskosmos) qarşısına qoyulmuş vəzifələr sırasına daxildir", - deyə o, bildirib.

Bildirilib ki, vəzifələr arasında – Beynəlxalq Kosmik Stansiyanı əvəz edəcək yeni Rusiya orbit stansiyasının yaradılması və gələcək ay bazaları üçün təməl olacaq Ayda ilk nüvə elektrik stansiyasının qurulması yer alır.

"Biz Veneranı araşdıracağıq. Məhz biz – bu planetə aparat endirmiş yeganə ölkəyik”, – deyə Bakanov əlavə edib.

Aysel Şirinova