Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İndoneziyada bu səbəbdən beynəlxalq uçuşlar təxirə salındı
dünya

İndoneziyada bu səbəbdən beynəlxalq uçuşlar təxirə salındı

18-06-2025 09:00 20 Baxış
IMG

İndoneziyanın Şərqi Nusa Tengqara əyalətinin Şərqi Flores bölgəsində Lewotobi Laki-Laki vulkanının püskürməsi nəticəsində yaranan kül buluduna görə bölgədə beynəlxalq uçuşlar təxirə salınıb.


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İndoneziya hava limanının operatoru Angkasa Pura deyib.


Ləğv edilən reyslər arasında Avstraliyadan Jetstar və Virgin Australia, Hindistandan Air India, Yeni Zelandiyadan Air New Zealand, Sinqapurdan Sinqapur Hava Yolları və Çindən Juneyao Airlines daxildir.


Elmin Alışov