İran danışıqlara hazırdır və atəşkəsin əldə olunmasında vasitəçilik etmələri üçün Qətər və Omanı bu prosesə cəlb etməyə çalışır.
Tvit.az xəbər verir ki, bu barədə İsrailin "The Jerusalem Post" (JP) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Tehran bu gün Qətərə danışıqların təşkil olunması ilə bağlı müraciət ünvanlayıb. "Biz ABŞ-la razılığa gəlmək üçün danışıqlara hazırıq, lakin İsrail vəziyyəti 'sakitləşdirməlidir'", – deyə İran tərəfi bildirib.
Aysel Şirinova