Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Almaniya səfiri İran XİN-ə çağırılıb
dünya

Almaniya səfiri İran XİN-ə çağırılıb

18-06-2025 22:00 31 Baxış
IMG

Almaniyanın İrandakı səfiri Markus Potsel İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Tvit.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat verib.

Məlumata əsasən, İran tərəfi Almaniya səfiri Markus Potselə Almaniya kansleri Fridrix Mertsin son açıqlamaları ilə bağlı qəti etirazını bildirib.

Bundan əvvəl Mertz İran əleyhinə keçirilən əməliyyatlardan danışarkən guya “bu, hamımızın yerinə İsrailin gördüyü çirkli işdir” ifadəsini işlədib. Kansler, həmçinin İsrail ordusuna və rəhbərliyinə İranla münaqişədə atdıqları addımlara görə hörmət bəslədiyini bildirib.