Rusiya prezidenti Vladimir Putin ŞƏT sammitində və İkinci Dünya Müharibəsinin başa çatmasının qeyd olunması münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Çinə məmnuniyyətlə səfər edəcək.
Tvit.az xəbər verir ki, prezident bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Çin Dövlət Şurası sədrinin müavini Din Syüesyan ilə görüşü zamanı deyib.
"ÇXR sədrinin dəvətindən məmnuniyyətlə istifadə edəcəyəm və İkinci Dünya Müharibəsinin başa çatması, militarist Almaniya və Yaponiyaya qarşı qələbə münasibətilə Çinə səfər edəcəyəm, həmçinin ŞƏT sammitində də iştirak edəcəyəm," – Putin deyib.
Aysel Şirinova