Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Zelenski Lukaşenko ilə müqayisə edildi
dünya

Zelenski Lukaşenko ilə müqayisə edildi

21-06-2025 22:00 14 Baxış
IMG

Zelenski Lukaşenko deyil, heç vaxt siyasi məhbusları azad etməyəcək.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Ali Radanın deputatı Aleksandr Dubinski ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloqla görüşündən sonra özünün Telegram kanalında yazıb.

O, Ukrayna lideri Vladimir Zelenski ilə Belarus prezidenti Aleksandr Lukaşenkonu müqayisə edərək, xatırladıb ki, Kelloqun Lukaşenko ilə görüşündən sonra müxalifətçi Sergey Tixanovski və daha 12-dən çox siyasi məhbus azad edilib.

"Ukraynada 6000-dən çox siyasi məhbus var və heç kim azad edilmir. Zelenski Lukaşenko deyil və heç vaxt siyasi məhbusları azad etməyəcək. Ona görə də beynəlxalq ictimaiyyət ondan bunu tələb etməlidir", - Dubinski qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Lukaşenkonun 14 siyasi məhbusu azad edib.

Aysel Şirinova