ABŞ prezidenti Donald Tramp və İngiltərənin Baş naziri Keir Starmer arasında telefon danışığı baş tutub.
Tvit.az xəbər verir ki, bu barədə İngiltərə Baş nazirinin 10 nömrəli ofisindən yazılı açıqlama verilib.
“Liderlər İranın mümkün qədər tez danışıqlar masasına qayıtması və daimi həll yolunda irəliləyiş əldə etməsi zərurətini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Elmin Alışov